» » “Nə metroya, nə də avtobusa minmişəm” - Elmira Namazova

“Nə metroya, nə də avtobusa minmişəm” - Elmira Namazova


Bloger Elmira Namazova izləyicilərinin suallarını cavablandırıb.

Blogerdən sonucnu dəfə nə zaman metrodan istifadə etdiyi soruşulub. 

"Heç vaxt istifadə etməmişəm. Hətta uşaq vaxtı çox maraqlı gəlirdi avtobusa, metroya minmək. Evdə deyirdim ki, mən də istəyirəm. Məktəbə də, universitetə də həmişə sürücü ilə gedib-gəlmişik. Nə fərqli bir məktəb həyatımız olub, nə də tələbəlik. Qrup uşaqlarımızla belə gəzintiyə getməmişəm. Hər zaman çox qorunmuşuq. Türk seriallarındakı kimi. Elə olanda evdə də oturub ağlayırdım. Şəhərdə belə tək gəzə bilmirdim"- deyə bloger cavab verib.