» » Övladına məktəbli forması ala bilməyən valideynlər nə etməlidir? - Nazirdən açıqlama

Övladına məktəbli forması ala bilməyən valideynlər nə etməlidir? - Nazirdən açıqlama


“Övladına sosial cəhətdən paltar ala bilməyən valideynlər müvafiq şəkildə məktəb rəhbərliyinə və rayon təhsil idarəsinə müraciət edə bilərlər”. 

“Unikal” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinq zamanı deyib. 

Aidiyyatı istehsalçılarla bizim korporativ-sosial məsuliyyət çərçivəsində tərəfdaşlığımız var və həmin şəxslər belə valideynlərə kömək etmək iqtidarındadır və düşünürəm ki, onlara kömək olunacaq”, - deyə nazir bildirib.