» » Ermənistanın dövlət səviyyəsində etdiyi işi Aygün Kazımova tək başına edib

Ermənistanın dövlət səviyyəsində etdiyi işi Aygün Kazımova tək başına edib


Aygün Kazımovanın 11 il öncə gördüyü işi Ermənistanda hələ indi edirlər. Özü də dövlət səviyyəsində. Büdcəsi də nə az, nə çox düz 6 milyon dollar…

 

Söhbət dünya şöhrətli amerikalı reper Snup Doqqun Ermənistana gəlişindən gedir. 

 

Həmin ərəfədə Aygün Kazımovanın ayıq-sayıqlığı nəticəsində erməni təxribatının qarşısı alınıb. Belə ki, bütün dünyaya canlı yayımlanan mükafatlandırma gecəsində mənfur düşmənlərimiz fürsətdən istifadə edərək öz sənətçilərinə “Sarı gəlin” mahnısını erməni dilində ifa etdirməklə yanaşı, qondarma respublikanın da adı hallanmalı idi. Məhz Xalq artistinin müdaxiləsindən sonra onların bu təxribatının qarşısı alınıb. Hətta erməni təmsilçi bu haqda Ermənistan mediasına da açıqlama verərək, Azərbaycandan olan sənətçiyə görə istəklərini reallaşdıra bilməməsini etiraf edib.

 

Bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın yeni mer seçkiləri kampaniyası öncəsi baş tutan mitinqində məhz Snup Doqun Ermənistana dəvətini dövlətin reklamı üçün edildiyini açıqlaması oldu.  

 

Xalqı qarşısında çıxış edən zaman Paşinyan etiraf edib ki, Snup Doqun Ermənistana dəvətini səbəbi dövlətin reklamı üçündür. 

 

Paşinyan deyir ki, Snup Doqun Ermənistana gəlişi dövləti gündəmə gələcək:

 

“İnsanlar soruşur ki, niyə dövlət bu qədər pul xərcləyir və dünya şöhrətli amerikalı reperi Ermənistana gətirir? Biz 3 min il tarixi olan millət, 3 min il tarixi olan dövlət olduğumuzu deyirik. Kimsə statistik araşdırma aparıbmı dünyada neçə faiz insan “Ermənistan” sözünü bilir? Ermənistana bu cür dünya şöhrətli insanlar gəldikdə, Ermənistanın adı sosial şəbəkələrdə, dünyada, gənclər arasında danışılır. Biz bunu Ermənistan naminə edirik. Heç kəs düşünməsin ki, Ermənistan yoxdur, Ermənistan sınıb və ya diz çökdürülüb”.

 

Ermənistan öz adının reklamı üçün Snup Doqqa bütünlükdə 6 milyon dollar pul xərcləyəcək. 

Ötən gün isə məlum olub ki, məhz ordumuzun növbəti dəfə qələbəsi, düşmən dövlətin məğlubiyyəti səbəbindən reklam ümidi ilə baş tutacaq konsert də təxirə düşdü.