» » Müşfiq Abbasovun "Şeytanın siması" kitabı çap olundu

Müşfiq Abbasovun "Şeytanın siması" kitabı çap olundu


QANUN nəşriyyatı tərəfindən yazıçı Müşfiq Abbasovun "Şeytanın siması" kitabı çap olunub.

"STAR XƏBƏR" xəbər verir ki, uzun müddət prokurorluq orqanlarında çalışmış yazıçının real hadisələr əsasında yazdığı romanı həyacansız oxumaq mümkün deyil.
Romanda hörmətli bir ailənin gəlininin üç nəfər tərəfindən zorlanması, cinayətkarların hiyləgərcəsinə gizlənməsi, istintaq orqanının peşəkarlığı nəticəsində onların ifşa olunması, lakin əsərin qəhrəmanlarından birinin fərqli qisas planları və s-dən geniş bəhs olunur.
Kitab yalnız yetkinlik yaşına çatmış şəxslərin oxuması üçün nəzərdə tutulub. Kitabı yalnız Hüquq Ədəbiyyatı Mağazasında əldə edə bilərsiniz.

Qiyməti 12 AZN. Ünvan: Tarqovu, Nəsimi heykəlinin yanı, L.Tolstoy küçəsi 191. tel: 498-13-14, Qeyd: Müəllifin "-4" və "Qan haqqı" kitablarını da həmin mağazadan ala bilərsiniz.