» » Azərbaycan Ordusunun şəhid əsgəri - Mirzəyev Əlimirzə Ağamirzə oğlu

Azərbaycan Ordusunun şəhid əsgəri - Mirzəyev Əlimirzə Ağamirzə oğlu


Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalanlardan biri də əsgər Mirzəyev Əlimirzə Ağamirzə oğludur.

BAKU.WS-in məlumatına görə, şəhid Əlimirzə 12 oktyabr 2004-cü ildə Hacıqabul rayonununda dünyaya göz açıb.

2010-cu ildə Hacıqabul şəhər 9 nömrəli tam orta məktəbin birinci sinifinə daxil olub. Ümumi orta təhsili müvəffəqiyyətlə bitirdikdən sonra Hacıqabul Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olub.

Əlimirzə Mirzəyev 2022-ci ilin oktyabr ayında hərbi xidmətə yollanıb və öz istəyi ilə xüsusi təyinatlı qüvvələrin (komando) sıralarına daxil olub.
O, Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirləri zamanı 20 sentyabr 2023-cü ildə Xocavənd istiqamətində qəhrəmancasına şəhid olub. 22 sentyabr tarixində doğulduğu Hacıqabul rayonunda torpağa tapşırılıb.