» » DİQQƏT! Oktyabrın bu günləri ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ

DİQQƏT! Oktyabrın bu günləri ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ


Ekspertlər bu ilin oktyabr ayı üçün maqnit qasırğalarının təqvimini tərtib ediblər.

Bu barədə ABŞ Milli Okeanoqrafiya və Atmosfer Agentliyinin (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi məlumat yayıb.

Oktyabrın 1-də orta güclü ilk maqnit qasırğası, ertəsi gün, isə zəif günəş aktivliyi proqnozlaşdırılır.

Mütəxəssislərin sözlərinə görə, oktyabrın 5-də güclü maqnit qasırğası gözlənilir. Onun pik effekti səhər saatlarında olacaq, lakin gecə gec saatlara qədər orqanizmə təsir göstərə bilər. Bu baxımdan baş ağrıları, xroniki xəstəliklərin iltihabı və əhval-ruhiyyənin qəfil dəyişməsi baş verə bilər.

Oktyabrın 13-dən 15-dək, eləcə də oktyabrın 23-dən 26-dək olan müddətdə daha iki zəif maqnit qasırğası proqnozlaşdırılır. Ayın sonunda, oktyabrın 29-dan 30-dək kifayət qədər ciddi günəş aktivliyi - orta güclü maqnit qasırğası gözlənilir.

Qeyd edək ki, Yerdə geomaqnit qasırğaları günəş ləkələrində baş verən tac kütlələrinin atılması nəticəsində yaranır. Günəşin səthindəki maqnit sahəsi xətti həddindən artıq dolaşıqlaşdıqda və qırılanda alov yaranır.

Bununla belə, həmişə plazma emissiyaları ilə müşayiət olunmur. Əgər günəş ləkəsi Yerə doğru yönəlibsə, o zaman kosmosda uçan plazma axını planetimizin maqnit sahəsinə çırpılmalıdır. (lent.az)