» » “Bu yolda üzüm qırışdı, saç-saqqalım ağardı”

“Bu yolda üzüm qırışdı, saç-saqqalım ağardı”


"Tezliklə sizinlə görüşə gəlirəm. Həyəcanlıyam, o qədər də sevincliyəm. Qulluğunuzda dayanmaq başqa zövqdür. Nə yaxşı ki, mənimləsiniz. 22 ildir kədəriniz ağrım, sevinciniz qürurum oldu. Hər zaman empati qurdum, hiss etdim, dərdinizi dərdim bildim, yorulmadım. Bu yolda qapan, tutan, vuran oldu, amma yıxılmadım. Məni öldürməyənlər məni bərkitdi. Hər zaman bir nəfəs qədər yaxın oldum, bunun üçün çalışmadım, çünki mən belə doğuldum". 

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev bildirib. Yeni mövsümdə də tamaşaçıların qarşısına "Bizimləsən"lə çıxacaq Zaur yaxın günlərdə proqramın yayıma başlayacağını bildirib:

"Bəlkə də uşaqlıq itgilərim məni bu qədər empati qurmağa vadar elədi. Bu kadrlarda 22 illik tv həyatımın tam 12 ilinin qısa özəti var. Üzüm gözüm qırışdı, saçım-saqqalım ağardı, amma ruhum, düşüncəm, baxışım dəyişmədi. Böyüdüm, amma uşaq saflığımı Allah məndən almadı. Qarşıma çıxan bütün maneələri sınaq kimi qəbul etdim. Onların yaxşı tərəfini pay götürdüm. Güldüm, şükr etdim. Hər addımda Allahı unutmadım. Dünyanın faniliyini, adiliyini, eniş-yoxuşunu hiss etdim, dərk etdim, ən əsası qəbul etdim. Mənə heç nə rahat olmadı. Olmayacağına da əminəm. Heç vaxt rahatlıq görməsəm də, narahat etdiyimin də fərqindəyəm".