» » Dağıstanda azərbaycanlı bədbəxt hadisə nəticəsində həlak oldu

Dağıstanda azərbaycanlı bədbəxt hadisə nəticəsində HƏLAK OLDU


Cəlilabad rayon sakini Rusiyanın Dağıstan Respublikasında baş verən bədbəxt hadisə nəticəsində həlak olub.

"STAR XƏBƏR" Report-a istinadən xəbər verir ki, hadisə respublikanın Qarabudaqkənd rayonunda qeydə alınıb.

Belə ki, hadisə tikilməkdə olan binaya beton örtüyü tökülən zaman baş verib. Nəticədə Cəlilabad rayonunun Təklə kənd sakini 1997-ci il təvəllüdlü Hilal Həsənov uçqun altında qalaraq həlak olub.

Mərhum doğulduğu Cəlilabad rayonunda dəfn olunub.