» » Bülənt Ərsoya mərmər çanta bağışlandı

Bülənt Ərsoya mərmər çanta bağışlandı


Türk klassik musiqisinin divası Bülənt Ərsoy dəbdəbəli səhnə geyimləri, zinət əşyaları və qeyri adi tərzi ilə tez-tez gündəmi zəbt edir.

"STAR XƏBƏR" xəbər verir ki, sonuncu dəfə Afyonkarasiharda səhnəyə çıxan müğənniyə 3 milyon lirə dəyərində mərmər çanta hədiyyə edilib.

Səhnədə çiçək naxışlı qara libası, ifrat makyajı və saçları ilə diqqəti özünə çəkdirən Ərsoyun gözoxşayan hədiyyəsi əl işidir və 3 aya ərsəyə gəlib.

Mərmər çanta sosial şəbəkələrdə müzakirələrə səbəb olub.