» » Fərhad Babayev vəfat etdi

Fərhad Babayev vəfat etdi


Heydər Əliyev Sarayının sabiq direktoru, "Şöhrət" ordenli Əməkdar mədəniyyət işçisi Fərhad Babayev vəfat edib.

Bu barədə AZƏRTAC-a mərhumun yaxınları məlumat verib.

Qeyd edək ki, o, 1989-cu ildən 2020-ci ilə qədər Heydər Əliyev Sarayının direktoru vəzifəsində çalışıb. F. Babayev ölkə başçısının müvafiq sərəncamları ilə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb və "Şöhrət" ordeni ilə təltif edilib.