» » Alla Puqaçovanın dəfn olunacağı yer bilindi

Alla Puqaçovanın dəfn olunacağı yer bilindi


Məşhur müğənni Alla Puqaçova Moskvadakı Kuzminsk qəbiristanlığında özünə məzar yeri alıb.

"STAR XƏBƏR"  bildirir ki, o ailə məzarlığının tikilməsi üçün artıq inşaatçıları cəlb edib. Məlumata görə, Allanın hazırlatdığı ailə məzarlığının ətrafına hasar çəkiləcək və üzərinə xüsusi gerb həkk olunacaq.

Ölmədən özünə məzar yeri seçən tək məşhur Alla Puqaçova deyil. Mərhum müğənni Janna Friske, Fedor Şalyapin, Aleksandr Buynov da ailəvi məzarlıq yerləri satın alıblar.

Xatırladaq ki, Alla Puqaçova Rusiyanın Ukraynaya müharibə elan etməsinə etiraz əlaməti olaraq, ailəsi ilə İsrailə köçüb gedib.