» » Əməkdar artistin brilliantları oğurlanıb

Əməkdar artistin brilliantları oğurlanıb


Əməkdar artist Rühəngiz Allahverdiyevanın brilliantları oğurlanıb. 

"STAR XƏBƏR" Bizim.Media-ya istinadla xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində danışıb. 

R. Allahverdiyeva bildirib ki, oğurluq məsələsi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməyib: 

“Brilliantlarım oğurlanıb. Evimdə nə brilliantlar var idisə, hamısı oğurlandı. O qədər də çox deyildi. Özü də o brilliantları öz zəhmətimlə almışdım. Onları mənə hansısa bir kişi bağışlamamışdı və ya almamışdı. Millətimin toylarına gedib pul qazanıb, qəpik-qəpik yığıb o brillantları almışdım. Oğurluqla bağlı polisə şikayət etməmişəm. O brilliantlarım kimdədirsə, onları rahatlıqla yeyə bilməyəcək”.