» » Bəzi yerlərdə yağış, Şahdağda qar yağdı - FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış, Şahdağda qar yağdı - FAKTİKİ HAVA


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 4-ü saat 16:00-a olan məlumatına əsasən Daşkəsəndə, Gədəbəydə, Gəncədə, Şəmkirdə, Ceyrançöldə, Balakəndə, Qəbələdə, Zaqatalada, Yevlaxda, Göyçayda, Sabirabadda, Lənkəranda, Astarada, Şəkidə, Qaxda, İsmayıllıda, Qobustanda, Qusarda, Xaltanda, Qrızda, Bakıda və Abşeron yarımadasında arabir yağış, Şahdağda isə qar yağıb.

Xidmətdən "STAR XƏBƏR"ə bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 22 dərəcəyədək, Aran rayonlarında 23 dərəcəyədək, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb.