» » Aygün Kazımova “Apple Music” hit paradını zəbt edib - BİRİNCİ YERDƏDİR

Aygün Kazımova “Apple Music” hit paradını zəbt edib - BİRİNCİ YERDƏDİR


Xalq artisti Aygün Kazımovanın “Parol” mahnısı dijital platformalarda dinlənmə rekordu qırıb.

Ölkənin əsas ulduzunun ifası “Apple music”də Azərbaycan üzrə ən çox yüklənənlər sırasında birinci olub. Eyni zamanda Pop divanın bu il hit olan “Vəfasızlar” və “Qorxuram” mahnıları “Top 100”lükdə ilk on sırada qərarlaşıb. 

Bununla yanaşı, “Parol” TikTok-da (hazırda ölkədə fəaliyyəti müvəqqəti dayandırılıb) son günlər ən çox video çəkilən mahnılardan olub. Belə ki, 1 həftə içində bəstəyə 26 mindən çox video çəkilib. 

Qeyd edək ki, “Parol”un musiqisi Kazımcana, sözləri Orxan Qarabasmaya aiddir. “Parol” yutubda 1 milyondan çox, “Vəfasızlar” 3, “Qorxuram” isə 8,5 milyondan çox izlənilib. 

Kazımovanın mahnıları bundan əvvəl də “Apple music”də tək Azərbaycan yox, dünyanın bir çox ölkələri üzrə ən çox yüklənənlər arasında birinci sırada olub.