» » Şəhid atası vəfat etdi

Şəhid atası VƏFAT ETDİ


Vətən müharibəsi şəhidi Elnur Cəfərovun atası vəfat edib.


Şəhidin atası Cəmiyyət Cəfərov ötən gün dünyasını dəyişib. O, Füzuli rayonunda dəfn edilib.


Qeyd edək ki,1998-ci il təvəllüdlü Elnur Cəfərov müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib və 2020-ci il oktyabrın 3-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib./Qafqazinfo