» » Rövşanə Həm Aygün Kazımovaya, həm də Ülviraya söz atdı

Rövşanə Həm Aygün Kazımovaya, həm də Ülviraya söz atdı


Aparıcı Rövşanə Ağasəfqızı Xalq artisti Aygün Kazımova barədə açıqlaması ilə gündəmə səs salıb. 

"STAR XƏBƏR" Bizim.Media-ya istinadən xəbər verir ki, o, qonaq olduğu “Günə son” verilişində estrada ulduzunun keçirdiyi əməliyyatdan söz açıb. 

Ağasəfqızı bildirib ki, Kazımova plastik əməliyyatlardan əvvəl daha gözəl olub: “Aygün xanımın özünə də, sənətinə də böyük hörmətim var. Amma bu xanım əməliyyat etdirməmiş daha gözəl idi”. 

Rövşanə daha sonra verilişin aparıcısı Ülvira Qarayevaya söz atıb. O bildirib ki, Qarayeva əməliyyat keçirərək özünü Aygün Kazımovaya oxşadıb. 

Buna cavab olaraq Ülvira deyib: “Mənim üçün şərəfdir, o cür gözəl Aygün xanıma oxşamaq”.