» » Şəhidin 3 yaşlı bacısı qızı faciəvi şəkildə öldü

Şəhidin 3 yaşlı bacısı qızı faciəvi şəkildə öldü


Şabran rayonunun Çayqaraqaşlı kəndində bədbəxt hadisə baş verib.

2020-ci il təvəllüdlü Abdulova Xədicə İsmət qızı kənd ərazisindən keçən su kanalına düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, X.Abdulova 2021-ci ildə şəhid olmuş Dövlət Sərhəd Xidmətinin kiçik giziri Fərid Alimovun bacısı qızıdır. O, Cəlilabad istiqamətində sərhəd pozucularının qarşısını alarkən aldığı güllə yarasından şəhid olub.