» » Nazirlikdən hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ: Külək, yağış, sel olacaq

Nazirlikdən hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ: Külək, yağış, sel olacaq


Leysan yağacaq, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "STAR XƏBƏR"ə verilən xəbərə görə, Bakıda və Abşeron oktyabrın 16-sı günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Oktyabrın 17-də şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Oktyabrın 16-da bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Mərkəzi Aran, Naxçıvan MR, Balakən-Şəki) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.