» » Saatlıda dəhşətli qəza, yaralılar var

Saatlıda dəhşətli qəza, yaralılar var


Saatlıda toydan qayıdan ailələr avtomobil qəzasına düşüb, 5 nəfər xəsarət alıb.

Hadisə Saatlı rayonunun Orta Muğan kəndində qeydə alınıb. “KİA Sorento” markalı avtomobilin aşması nəticəsində avtomobildə olan 5 nəfər-Saatlı rayonunun Orta Muğan kənd sakinləri, 2009-cu il təvəllüdlü Şərbətov Turqut Sahil oğlu, 1986-cı il təvəllüdlü Şərbətov Sahil Tahir oğlu, Seyidov Samir Mirhəşim oğlu, 2009-cu il təvəllüdlü Yusifzadə Xədicə Fuad qızı, 1985-ci il təvəllüdlü Yusifov Fuad İsmayıl oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirlib.

Avtomobildə xəsarət alan hər 2 azyaşlı əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır. (apa)