» » “Babam 6 il erməni əsirliyində işgəncələrə məruz qalıb”

“Babam 6 il erməni əsirliyində işgəncələrə məruz qalıb”


Müğənni Günay İbrahimli babasının ermənilər tərəfindən əsir götürülməsindən danışıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda “Günaydın, Azərbaycan” proqramında danışıb. O bildirib ki, babası 6 il əsirlikdə qalıb:

 

“Sonra danışıqlarla onu geri alıblar. İşgəncələrə məruz qalıb. Babama zülm veriblər, yerdə yatızdırıblar. Ona nələr ediblər, çox danışmırdı. Sonra xəstəlik tapdı və dünyasını dəyişdi”.