» » Xərçəngdən əziyyət çəkən Tanyeli Türkiyədən gedir

Xərçəngdən əziyyət çəkən Tanyeli Türkiyədən gedir


Bir müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan Tanyeli Türkiyədə müalicəsini başa vurub.

Axşam.az xəbər verir ki, o, əməliyyat olunmaq üçün gələn həftə Kubaya gedəcək. Bir vaxtlar rəqsləri ilə gündəmdən düşməyən Tanyeli uzun müddət orada qalacağını açıqlayıb.

İstanbulda özəl xəstəxanalardan birində müalicə alan Tanyeli hazırda durumunun yaxşı olduğunu söyləyib. Sənətçi dostları Yıldız Tilbe, Haluk Şentürk, Ebru Gündeş, Ayşe Yıldız və digərləri sənətçiyə dəstəklərini əsirgəmirlər.

İllər əvvəl xərçəng xəstəliyindən anasını itirən Tanyeli bir müddət əvvəl eyni xəstəlikdən qardaşını da itirmişdi.