» » AzTU-nun Birinci kurs tələbəsi dərsə gedərkən infarktdan öldü

AzTU-nun Birinci kurs tələbəsi dərsə gedərkən infarktdan öldü


Azərbaycan Texniki Universitetinin (ATU) I kurs tələbəsi, 2005-ci il təvəllüdlü Bəxtiyar Paşayev vəfat edib.

"STAR XƏBƏR" report-a istinadən xəbər verir ki, hadisə o, universitetə gedərkən baş verib. İlkin ehtimala görə, B.Paşayev ürəktutmasından vəfat edib.

O, bu gün Biləsuvar rayonunun Çinarlı kəndində dəfn olunub.