» » “Səni hansı toyda tutsam, saçını yolacam!” – Afətdən Vəfaya təhdid

“Səni hansı toyda tutsam, saçını yolacam!” – Afətdən Vəfaya təhdid


Müğənni Afət Fərmanqızı və Vəfa Şərifova arasında qalmaqal yaranıb.

"STAR XƏBƏR" xəbər verir ki, buna səbəb Vəfa Şərifovanın həmkarının ifa etdiyi “Dağlar oğlu, dağlar” mahnısını toyda ifa etməsi olub.

Toydan görüntüləri sosial şəbəkə hesabında paylaşan Vəfaya Afət od püskürüb və onu təhdid edib:

“Dişini at kəlləsi kimi ağardıb oxuyursan, guya ki vecinə deyil. 15 dəqiqə əvvəl isə kələn zəng edib xahiş edirdi ki, videonu sil. Dedim, silmirəm. Səni hansı toyda tutsam, saçını yolacam!”