» » Qarşısında onu görən Faiq Ağayev efiri tərk etdi

Qarşısında onu görən Faiq Ağayev efiri tərk etdi


ARB-də yayımlanan “O üz” proqramının növbəti buraxılışı mərhum müğənni Rəhim Rəhimliyə həsr olunub.

"STAR XƏBƏR" xəbər verir ki, verilişin qonağı olan Xalq artisti Faiq Ağayev dünyadan köçmüş həmkarını qarşısında gördükdə şok keçirib. Efir zamanı Rəhim Rəhimlinin oxşarının görüntüləri göstərilib.

Bu zaman “Siz neylədiniz? “ – deyərək F.Ağayev studiyanı tərk edib. Bir müddət sonra geri qayıdan sənətçi təəccübünü gizlədə bilməyib:

“Orada aktyor əyləşib. Elə qrim ediblər ki, çox oxşayır”.

Verilişin aparıcısı geyimin həqiqətən də mərhum sənətçinin özünə aid olduğunu vurğulayıb.