» » Qətlə yetirilən müğənninin əmisi Əli Mirəliyevi biabır etdi: Öz ailəsində olanları...

Qətlə yetirilən müğənninin əmisi Əli Mirəliyevi biabır etdi: Öz ailəsində olanları...


Oktyabrın 16-da müğənni Yaqut Nərimanın (Həşimova) həyat yoldaşı tərəfindən qətlə yetirilməsi barədə müzakirələr davam edir.

 

"STAR XƏBƏR" publika.az-a istinadən xəbər verir ki, mərhum müğənninin əmisi İlqar Qəmərli də bu barədə sosial şəbəkə səhifəsində yazıb. O, müğənni Əli Mirəliyev haqqında sərt ifadələr işlədib:

 

"Təsəvvür edin, mərhumun cənazəsi evin ortasında, əzizləri ağlaşır, bu zaman Əli Mirəliyev "Bizimləsən" verilişinə bağlanaraq, mərhum barədə pis sözlər danışır. Bu, Əli Mirəliyevin əxlaqı tərbiyəsidir. Öz ailəsinə sahib çıxa bilməyənlər, başqaları barədə əxlaqsız danışır. Əli Mirəliyev öz ailəsində olanları Yaqut Nərimanın adına yazır...Bildirmək istəyirəm ki, bu qətlin qısqanclıqla heç bir əlaqəsi yoxdur. Onların pul üstə tez- tez mübahisə etdiklərini eşidirdim. Qısqanc kişi arvadını aylarla Rusiyaya toy şənliklərinə göndərməz".

 

Qeyd edək ki, Anar Həşimov barəsində cinayət işi açılıb. İlkin olaraq onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Anar Həşimov şübhəli şəxs qismində tutulub.