» » Dalaşdıq, ayrıldıq - Müğənni həmkar ərindən danışdı

Dalaşdıq, ayrıldıq - Müğənni həmkar ərindən danışdı


“Bizim aramızda mübahisə az olub. Elə bir mövzuda mübahisəmiz oldu və ayrıldıq".

"STAR XƏBƏR" xəbər verir ki, bu sözləri müğənni İlahə İbadova ARB-nin "Günə son" verilişində deyib. 

O əlavə edib: "Əməllərinə dözdüm. Amma 4 aylıq uşağı vurmasını ona keçə bilmədim. Bəlkə də məni vursaydı, qəlbim ona qırılsa da, keçmək olardı. Sonda belə də oldu. Şəxsiyyət olaraq o insan gözümdən düşdü”. 

Müğənni keçmiş ərinin ona avtomobildə də əl qardığını vurğulayıb. 

Xatırladaq ki, İlahə İbadova həmkarı Mirsaleh Əliyevlə ailəli olub.