» » Ülviyyə Namazovadan həmkarına atmaca: “Bahalı geyinsən də, dəyərsizsən”

Ülviyyə Namazovadan həmkarına atmaca: “Bahalı geyinsən də, dəyərsizsən”


Atv telekanalında yayımlanan "Rəngarəng” verilişinin qonağı olan müğənni Ülviyyə Namazova qalmaqallı açıqlaması ilə diqqətləri üzərinə çəkib. 

AZXEBER.COM xəbər verir ki, canlı efirdə formata uyğun olaraq qonaqların geyimlərinin müzakirəsi aparılıb. Münasib qiymətli geyimlərə üstünlük verdiyini deyən müğənni "Bura çox insanlar gəlib. Üzərində beş min manatlıq geyim, on min manatlıq zinət əşyası. Amma içlərinə baxırsan, boş. Nə olsun ki, bahalı geyinirsən? Üç, dörd adam var ki, çox dəyərsizdirlər. Mənim üçün yox, çoxuları üçün bu belədir. İnstagramda rəyləri oxusanız görərsiniz ”sözlərini söyləyib.

Xatırladaq ki, yaxın günlərdə verilişin qonaqları Vəfa Şərifova, Nəfəs, Şəbnəm Qəhramanova, Türkan Vəlizadə kimi sənətçilər olub. Bütün təkidlərə baxmayaraq müğənni, ad çəkməkdən boyun qaçırdıb.