» » SON DƏQİQƏ! Müğənni qadın qardaşı tərəfindən qətlə yetirildi

SON DƏQİQƏ! Müğənni qadın qardaşı tərəfindən qətlə yetirildi


Bu gün saat 7 radələrində Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın ölməsinə dair Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.
 
Baş prokurorluqdan "STAR XƏBƏR"ə bildirilib ki, araşdırmalarla 1984-cü il təvəllüdlü Hüseyn Abbasovun Yeni qəsəbə ərazisində bacısı Səbinə Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub.

Səbinə Abbasova müğənni kimi fəaliyyət göstərirmiş. 
 
Hazırda ibtidai istintaq davam etdirilir.