» » Mərhum müğənninin ailəsi Mirəliyevi bağışladı

Mərhum müğənninin ailəsi Mirəliyevi bağışladı


Əli Mirəliyevin mərhum Yaqut Həşimova haqqında "Sağikən Yaqut içkili halda mənə zəng vurmuşdu. O, yolunu azmışdı" açıqlaması bağışlanıb.

"STAR XƏBƏR" Bizim.media-ya istinadla xəbər verir ki, "Elgizlə izlə" ictimai-sosial proqramda o, mərhum müğənninin bacısı Şəlalə Nəriman və onun valideynlərindən üzr istəyib. 

Canlı efirdə müğənni Şəlalənin önünə gəlib. Mərhumun bacısı ayağa qalxaraq Əli Mirəliyevi qucaqlayıb. 

Bundan sonra Şəlalə bildirib ki, Əli Mirəliyev bacısı Yaqutun məzarı başına gedərək onun ruhundan üzr istədiyinə görə valideynləri də bağışlayıb. Onlar müğənninin üzürünü qəbul edib. 

Mərhum Yaqut Həşimova "Azəristar" yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır. Onu əri Anar Həşimov qətlə yetirib. Onlar 2013-cü ildə ailə həyatı qurub və bir övladları var.