» » Vüqar Elzaya CAVAB VERDİ: "Keyxanaçı idimsə..." - QALMAQAL BÖYÜYÜR

Vüqar Elzaya CAVAB VERDİ: "Keyxanaçı idimsə..." QALMAQAL BÖYÜYÜR


Bir müddət öncə meyxanaçı Vüqar Əbdülov verilişlərin birində Əməkdar artist Elza Seyidcahanı tənqid etmişdi. Seyidcahan isə məsələ ilə bağlı danışaraq, Vüqarı məhkəməyə verdiyini bildirmişdi.

"STAR XƏBƏR" xəbər verir ki, Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən meyxanaçı Əməkdar artistlə aralarındakı anlaşılmazlığı həll etdiklərini deyir: “Nə danışıb sağ olsun, hörmətimiz var fikrinə. Amma bizim aramızda olan narazılıq aradan götürülüb. Yenidən nə danışıbsa, mənim ondan xəbərim yoxdur. Mən onu çox istəyirəm. İstəyirəm ki, adı heç vaxt pis söhbətlərdə hallanmasın. Heç bir sənətçi dostuma arzulamıram ki, pis mahnılarla gülünc vəziyyətə düşsün”.

Elza Seyidcahanın aktyorlar tərəfindən parodiya olunmasını qəbul etməyən meyxanaçı Əməkdar artisti tənqid etmədiyini, ona qarşı heç bir hörmətsizliyinin olmadığını bildirdi: “Mən onu tənqid etməmişəm. Mən ona demişəm ki, aktyorlar, parodiyaçılar sənin belə şeirlərini kobud halda deyirlər, o da mənim xoşuma gəlmir. Çünki sən mənim dostumsan, sən yaxşı sənətkarsan. Bilmirəm nə eşqdir yaranıb onda, “mən filanam, mən Yazıçılar İttifaqının üzvüyəm”. Son zamanlar şöhrətpərəstlik yaranıb onda. Bu, yəqin ki, onu narahat edir və mənim sözüm onu qıcıqlandırıb. Amma mənim ona qarşı heç bir hörmətsiz addımım olmayıb. Sadəcə mən söz adamı, söz yazarı olduğuma görə, fikirləşdim ki, belə açıq-saçıq şeirləri, qadın sənətkarın, bəstəkarın dilindən, qələmindən çıxan şeirləri gülünc vəziyyətdə təqdim edirlər, o məni açmırdı. Şəxsən yaraşdırmırdım”.

Meyxanaçı Elzanın onu “keyxanaçı” adlandırmasına da münasibət bildirdi: “Yəqin əsəbindən deyib onu. Hər halda mən onu adicə kommentariya kimi qəbul edirəm. Hər kəsin bir fikri var. O, yəqin qıcıqlanıb deyib o sözü. Hər halda Elza xanım mənim sözlərimə də mahnı oxuyub. Mən keyxanaçı olsaydım, mənim sözlərimi oxumazdı. Mənimlə duet oxumazdı. Əsəbləşib yəqin, acıq vermək üçün bir az kobud şəkildə deyib. Onu əsəblərinə yozuram, heç bir narahatlıq da yoxdur”.

Ziyafət Əlisoy