» » Nüşabə Musayeva: “Röya məni təhdid edə bilməz”

Nüşabə Musayeva: “Röya məni təhdid edə bilməz”


Nüşabə Musayeva Mtv Azərbaycan kanalında yayımlanan " Tarixin bir günü” verilişində gündəm olan açıqlamalar verib.

AZXEBER.COM xəbər verir ki, qızının toyuna gəlməyən xalq artisti Röya ilə aralarında yaşanan qalmaqaldan danışıb:


"Biz Röya ilə bir məhlədə böyümüşük. Ərk elədim qızımın toyuna çağırdım, gəlmədi. Mesajlaşdıq, dəvətnaməsini yolladım, heç allah xoşbəxt etsin də yazmadı. Röya Sevdanın nəvəsinin toyuna gəlməli idi. Demişəm, arxasında da dururam. Mən çıxıb verilişdə deyəndən sonra ki, Röyadan incimişəm, mənə mesaj yazdı ki, onda mən də çıxım kanallara deyim ki, sənin xalan atanla evlənib? Elə Röyanın bu sözündən sonra çıxdım özüm danışdım. Çünki nə Röya, nə də bir başqası məni təhdid edə bilməz. İllər əvvəl olan və mənim heç bir günahım olmayan məsələ ilə məni heç kim vura bilməz! ”