» » "Zeytun bağları"


“Avroviziya-2014” müsabiqəsində Azərbaycanı uğurla təmsil edən və özünəməxsus ifası ilə seçilən Dilarə Kazımova bu günlərdə daha bir yeniliyə imza ataraq, "Zeytun bağları" mahnısını sevənlərinə təqdim edib. 

starxeber.az xəbər verir ki, sözləri və musiqisi Cavid Şahbazbəyova məxsus olan mahnının səs uzlaşması Oleq Naumov, aranjimanı isə Est-on by Tonimusicband tərəfindən hazırlanıb. 

Həm musiqisi, həm də sözləri ilə hər kəsin ürəyinə yol tapacaq mahnı ən ümdə hiss – sevgidən bəhs edərək, Zeytun bağlarında görüşlə başlayan sevgi hekayəsini tərənnüm edir. 
Qısa müddət ərzində "Zeytun bağları” mahnısının audio versiyasını bütün musiqi platformalarından yükləmək mümkün olacaq. 

Qeyd edək ki, rejissor Fuad Əlişov tərəfindən mahnıya çəkilən klip yaxın günlərdə izləyicilərə təqdim olunacaq.