» » “Qatıqlaya-qatıqlaya” məşhur olurlar” - Zaurdan Elnarəyə cavab

“Qatıqlaya-qatıqlaya” məşhur olurlar” - Zaurdan Elnarəyə cavab


“Təbliğatda ən böyük rol televiziyaların payına düşür. Nəyi televiziyada təbliğ etsələr, tamaşaçılara nəyi “yedizdirsələr” o da “yeyiləcək”, təbliğ olunacaq, o zövqü də formalaşdıracaq”.


Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova “Bizimləsən” verilişində deyib.

Sənətçi televiziyaları bayağı mahnıları təbliğ etməkdə günahlandırıb: 
“O zamanlar televiziyalarda hər yoldan keçəni efirə buraxmırdılar. Çox ciddi nəzarət vardı. Lakin indi belə deyil”. 


Aparıcı Zaur Baxşəliyev “O dövrdə “ABA” kanalında bayağı dediyimiz musiqilərə az kliplər çəkilmişdi?” deyə, Elnarəyə sual ünvanlayıb. 



Xəlilova isə cavabında “O mahnıları tənqid edən “ABA” kanalında “Qatıq kliplər” adlı rubrika vardı” sözlərini dilə gətirib. 



Aparıcı “Elə o “Qatıq kliplər” dediklərinizi – “qatıqlaya-qatıqlaya” gəlib populyar edirlər də... İnsan necə populyar olur, “qatıqlaya-qatıqlaya”. Yəni belə populyar olurlar da... Ağılla-başla məşhur ola bilmir axı... ” cavabını verib.