» » “Müğənnilər məclisdə özlərini elə aparırlar ki, sanki yiyələri yoxdur”

“Müğənnilər məclisdə özlərini elə aparırlar ki, sanki yiyələri yoxdur”


Əməkdar artist Elnarə Abdullayeva növbəti açıqlaması ilə gündəmə səs salıb.

Sənətçi qonaq olduğu "Həmin Zaur” verilişində həmkarlarının məclislərdə xoş olmayan davranışlarından danışaraq onları tənqid edib.

"Gedirsən, oturursan bir məclisdə. Baxırsan ki, bu müğənnilər nələr edir... Ağlıma gəlməyən şeyləri görürdüm. Dedim bunlar nə edirlər. Bu müğənnilərin yiyəsi yoxdur? Onlar arasında içən kim, ağzının danışığını bilməyən kim... Bunları görəndən sonra dedim yox Elnarə, sən bütün millətə, xalqa, hər kəsə sübut edəcəksən ki, bu sənət yaxşıdır. Sübut eləməyə çalışdım ki, heç kimə baş qoşmaq lazım deyil və bunu bacardım”, - deyə Elnarə vurğulayıb.