» » Beren Saat geyimi ilə göz qamaşdırdı

Beren Saat geyimi ilə göz qamaşdırdı


Bir jurnal üçün kamera qarşısına keçən türkiyəli aktrisa Beren Saat dərin dekolte tərzi ilə gündəm olub.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, "Aşk-ı Memnu” serialında canlandırdığı Bihter obrazı ilə böyük şöhrət qazanan aktrisa Beren Saat bir müddətdir ki, ekranlardan uzaq düşüb.

"Son çağrı İstanbul"la tezliklə ekranlara qayıdacaq Beren Saat "Vogue Film" jurnalı üçün pozalar verib. 

Jurnalın üz qabığının gözəli olan aktrisa üslubu ilə pərəstişkarlarını məftun edib.

Üz qabığı üçün dərin dekolteli, transparan detallı libas seçən Beren Saat sosial medianı da silkələyib.

İllərə meydan oxuyan gözəl aktrisanı görənlər "Bihter kimi isti görünür", "Bihter qayıdıb" şərhlərini yazıb.