» » Xalq artisti arvadına 1 milyonluq qolbağ aldı


Rusiyada fəaliyyət göstərən Azərbaycanın Xalq artisti Yusif Eyvazov xanımı, tanınmış opera sənətçisi Anna Netrebkovaya bahalı hədiyyə alıb.

starxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə “Vokrug TV” məlumat yayıb.

Qeyd olunub ki, o, Annaya malaxitlə bəzədilmiş, 385 brilliantdan ibarət qızıl qolbağ bağışlayıb.

Zinət əşyasının dizayneri Aleksandr Vasilyev bildirib ki, hədiyyə 1 milyon 395 min rubl (36 min manat) təşkil edir, çəkisi 100 qramdır.