» » "Əvvəl arvadı pis yola düşən kişi gizlənərdi, indi efirə çıxır" - Nigar TV-ləri tənqid etdi

"Əvvəl arvadı pis yola düşən kişi gizlənərdi, indi efirə çıxır" Nigar TV-ləri tənqid etdi


Əməkdar artist Nigar Şabanova Azərbaycan televiziyalarını kəskin tənqid edib. 

AZXEBER.COM xəbər verir ki, o "instagram” hesabının hekayə bölməsində paylaşdığı yazı ilə gündəmə gəlib.

İfaçı televiziyalardakı verilişlər haqda deyib: 

"Efirlərimiz niyə bu günə qaldı? Kanallar hamısı bir-birinin bəhsinə girərək reytinq xatirinə nə tərbiyəsizliklər etmirlər daha? Küçədə sanki axmaq insanlar dava edir, küçədə qışqırıq olanda polis əməkdaşları nəzarət edir, lazımlı ölçü götürür. Efirlərdəki tərbiyəsizliyə heç kim nəzarət etmir. 

O deyib ki, efirlərə layiq olmayan şəxslər dəvət olunur: 

"Namusunu itirən, analığını unudan, kişiliyini bilməyən hamı efirdə qışqırır, bir- birinin üstünə hücum çəkir, pis sözlər deyir. Televiziya mədəniyyət ocağıdır. Budur Azərbaycan mədəniyyəti?! Bu biabırçılığa nə zaman son qoyulacaq?"

Bütün bunların reytinq yığmaq üçün bir vasitə olduğunu deyən Şabanova xalq artistlərinə də səslənib:

"Reytinqə görə artıq sizdən hər axmaq hərəkət gözlənilir. Xalq artistləri, başınız qarışıb pul qazanmağa, sevgiliyə, biriniz ayağa qalxıb danışmırsınız ki, axı o efirlərə biz də çıxırıq. Düz söz danışanda da olursan pis adam. Budur Azərbaycan qeyrəti, namusu, əxlaqı? Əvvəl arvadı pis yola düşən kişi gizlənərdi, indikilər efirə çıxıb deyir söyün papağıma. Azərbaycanın kişiləri bunlar deyil, bizim kişilərin qeyrəti, namusu şərəfi var. 44 günlük müharibədə Azərbaycan kişisi özünü göstərdi. Pisləri niyə çıxardırsınız ora? Bazardır elə bil. İndi görün ki, namus, qeyrət peşəylə deyil, qanla bağlıdır. Müğənnilərə şükür!”

Aysel