» » "Bir uşağa baxacağıma 10 itə baxaram"

"Bir uşağa baxacağıma 10 itə baxaram"


Türkiyəli aktrisa Hande Subaşı son açıqlaması ilə diqqət çəkib.

 

"STAR XƏBƏR" xəbər verir ki, aktrisa uşaq sahibi olmaq istəyib-istəməməsi ilə bağlı suala belə reaksiya bildirib:

 

"İtlərim övladlarımdır. Öyrəşmişəm. Onlar uşaq sahibi olmaq qədər çətin deyillər. Bir uşağa baxacağıma 10 itə baxaram. Ətrafımda gördüklərim və eşitdiklərim uşaq mövzusundan uzaqlaşmağıma səbəb oldu. Gənc yaşlarda cəsarət ediləcək bir şey deyil. Yaş artıqca insanın ağlı başına gəlir. Böyük danışmaq istəmirəm, amma övlad sahibi olmaq planlarım arasında yoxdur". 

 

Hande son olaraq sosial media hesabında sevgilisi və itləri ilə foto yayımlayaraq "Ailə portreti" şərhini yazıb.

 

Qeyd edək ki, Hande son olaraq "Alparslan: Büyük Selçuklu" serialında rol alıb.

//axşam.az