» » Üç gün sonra boşanacaqdılar: Əvvəlcə arvadını, sonra özünü öldürdü

Üç gün sonra boşanacaqdılar: Əvvəlcə arvadını, sonra özünü öldürdü


Türkiyənin İzmir şəhərinin Bayraklı rayonunda ər və arvadın mübahisəsi ölümlə bitib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 00.30 radələrində rayonun Soğukkuyu məhəlləsində baş verib.

Əldə edilən məlumata görə, bir müddətdir anlaşa bilməyən və 3 gün boşanma məhkəmələrinin olacağı bildirilən 38 yaşlı Çiğdem Dıvrak və 43 yaşlı Ərdoğan Dıvrak yataq otağında mübahisə ediblər.

Mübahisə böyüməsi ilə Ərdoğan Dıvrak əlindəki silahla həyat yoldaşı Çiğdemi vurub.
Bir müddət sonra Ərdoğan Dıvrak eyni silahdan özünə atəş açaraq intihar edib.

Cütlüyün 19 və 12 yaşlı övladları olduğu və faktla bağlı istintaqın davam etdiyi bildirilir.