» » "İlhamə xanımın sözündə "şillə" var idi"

"İlhamə xanımın sözündə "şillə" var idi"


"İlhamə xanım bir dəfə efirdə demişdi ki, mən getsəm, hamınız darıxacaqsınız, yerim görünrəcək. Bir gün səhər açıldı, telefonuma zəng gəldi ki, İlhamə xanım vəfat edib. Gözümün qabağına gəldi ki, vəssəlam, şou-biznesin marağı getdi. Elə bir maqazin verilişi yox idi ki, izləməyim. Onun danışığı maraqlı idi. Hər sözündə yumor və "şillə" var idi. Çox ədəbi danışırdı".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Xəzər axşamı" verilişində mərhum Xalq artisti İlhamə Quliyeva haqda danışarkən deyib. İfaçı vaxtı ilə bəzi müğənnilərin ona söz deməyə cürət etmədiklərini də bildirib:

"O vaxt bəzi sənətçilər İlhamə xanımdan qorxurdu. Bilirdilər ki, daha pis ola bilər, zəhmli idi. Amma ürəyi "pambıq" kimi idi. Restoranda heç vaxt əlimizi cibimizə atmağa imkan verməzdi. Çaşıb əlimizi cibimizə salsaydıq, sifəti dönərdi. Dedi-qodunu sevməzdi. Hamı onu yaxşı tanımayıb. Sadəcə cüzi hörmətsizlik görən kimi hirslənirdi".