» » TƏCİLİ XƏBƏR! Noyabrın 28-dən Bakıya yenidən qış soyuğu gəlir

TƏCİLİ XƏBƏR! Noyabrın 28-dən Bakıya yenidən qış soyuğu gəlir


Noyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraiti kəskin dəyişəcək.

"STAR XƏBƏR" xəbər verir ki, həmin gün yağış yağacaq və havanın temperaturu digər günə nisbətən 12 dərəcə aşağı düşəcək.

Noyabrın 28-də gündüz 10 dərəcə, gecə isə 7 dərəcə isti təşkil edəcək. Gün ərzində yağış yağacaq.

Növbəti günlərdən havanın temperaturu bir qədər artsa da ümumilikdə soyuq hava şəraiti bir neçə gün davam edəcək.