» » “Kim istəyir məndən incisin, onlar toy müğənniləridir!” - VİDEO

“Kim istəyir məndən incisin, onlar toy müğənniləridir!” - Video


KANAL S də yayımlanan "Xəbərin var?” maqazin proqramına qonaq olan Ayan Babakişiyeva həmkarlarını qıcıqlandıracaq açıqlamalar verib.

 

AZXEBER.COM xəbər verir ki, müğənni toy bazarına çalışan və yalnız toy mahnıları ifa edən sənətçilərin şou biznesə aidiyyatının olmadığını bildirib:

 

"Estrada ilə digər ifaçıları eyni sıraya qoymaq olmaz. Qarışdırmaq olmaz. İstəyirlər məndən incisinlər, istəmirlər inciməsinlər. Bu gün 10 min pul verib yalandan mahnısını "youtube”də trend eləmək, bizim səviyyəmizdəsiniz demək deyil. Mənə də təklif edirlər gəl mahnını trend edək. Mən özümü niyə aldadım? Siz də bunlara inanırsınız, elə bil yatmısız, bilmirsiz şou biznesdə nələr baş verir”.

 

Daha sonra Ayan trenddə ilk pillələrdə olan müğənnilər haqqında da açıqlama verib:

 

" Biz klip təqdimatları edəndə, bu müğənnilər el şənliklərində oxuyan sənətçilər idi. Sonrada efirlərdə kommersiya xarakterli verilişlər açıldı, onlar da buyurub ora gəldilər. Bunu niyə böyüdürsüz belə? Mən də klipimə, sənətimə, imicimə pul xərcləmişəm. Amma heç vaxt efirə pul verib çıxmamışam.”