» » Çinarənin atası metroda vəfat etdi

Çinarənin atası metroda VƏFAT ETDİ


Bu gün Bakı metrosunun "Nəriman Nərimanov" stansiyasında vəfat edən şəxs müğənni Çinarə Məlikzadənin atasıdır.

"STAR XƏBƏR" xəbər veri ki, 61 yaşlı Məlik Ağalar oğlu Məlikzadə qəflətən ürəktutmadan dünyasını dəyişib.

Bu barədə məlumatı aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə yayıb.

Qeyd edək ki, Məlik Məlikzadə stansiya vestibülündə özünü pis hiss edib və vəfat edib. “Bakı Metrooliteni” QSC-dən bildirilib ki, çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib.