» » Kərim Tünzalədən danışdı: “İxtiyarım çatır söz deməyə”

Kərim Tünzalədən danışdı: “İxtiyarım çatır söz deməyə”


"Çox mədəni və lazımi sözləri demişəm. Bu, milyonlarla insanın demək istədiyi idi. Danışmağa ixtiyarım var, təhqir etməmişəm, fikrimi söyləmişəm. İxtiyarım çatır söz deməyə. Məndən 2 il əvvəl gəlib sənətə. Tam fərqimiz addadır. Ona dövlət tərəfindən ad verilib, mənə hələ yox".

"STAR XƏBƏR" Azxeber-ə istinadla xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov ARB-nin "Həmin Zaur" verilişində bir neçə gün əvvəl Xalq artisti Tünzalə Ağayeva haqda fikirlərinə aydınlıq gətirərkən deyib.

O, aparıcının "Bəs, üz-üzə gələndə nə deyəcəksən" sualına isə belə cavab verib:

"Hansı fikirdəyəmsə, onu deyəcəyəm. Əslində, məclisə yarımsaatlıq müğənnilər gələndə öz otağımızda otururuq. Biri-birimizi görmürük. O, bütöv toylara getmir. Onun üçün deyil. Gəlsin yarımsaatlıq fonoqramını oxusun və getsin.

Kərim Tünzalənin onda aqressiya yaratdığını etiraf edib:

"Xoşuma gəlmir müğənni həmkarını alçaltsın. Sənət dostlarım var, onların üstünə gedəndə məndə aqressiya yaranır. Susa bilmirəm, cavab verməyə üstünlük verirəm. Hərənin öz dinləyicisi, sevəni var. Çıxıb demək ki, "Məndən yoxdur", xeyr, elə deyil. Onunla heç bir şəxsi qərəzim yoxdur. 20 illik sənət fəaliyyətimdə yalnız bir neçə dəfə məclisdə üz-üzə gəlmişik".