» » Uranla Elnarədən duet mahnı

Uranla Elnarədən duet mahnı


Rep ifaçısı Uran yeni trekini təqdim edib.

"STAR XƏBƏR"  “Söylə” adlanan mahnının musiqisi Zeynal Hüseynov, sözləri Uranın özünə məxsusdur. Aranjımanı isə Aleksey Vanin edib. Onun budəfəki duet ortağı isə müğənni Elnarə Xəlilova olub. 

Rejissorluğunu Rəşad Hüseynin etdiyi ekran işində Uran ruhi xəstəlikdən əziyyət çəkən şəxs, Elnarə isə tibb bacısı obrazında görünür. 

Repçi onu da qeyd edib ki, trekin bəzi məqamları onun şəxsi həyatı ilə birbaşa bağlıdır. 

Mahnı bütün musiqi platformalarında, klip isə sənətçinin rəsmi “YouTube” kanalında yayımlanıb.

Qeyd edək ki, layihənin rəhbəri PRoMetedir.