» » Vüqar evində işləyən ustaları polisə şikayət etdi

Vüqar evində işləyən ustaları polisə şikayət etdi


Müğənni Vüqar Muradov evində çalışan ustalardan şikayət edib. 

Axşam.az xəbər verir ki, sənətçi ustaların ona ziyan vurduğunu, üstəlik pulunu alıb, qaytarmadıqlarını bildirib:

"Bu iki dələduz, ustalıqdan xəbəri olmayan Rasim və Calal mənim evimdə işləyirdilər. Evimi bərbad günə qoymuşdular, yazığım gəldi, dedilər qalaq işləyək. Dedim işləyin, səhvlərinizi də düzəldin. Düzəltmədilər, hətta biri 350, o biri də 460 manat borclu qaldı. İndi telefona cavab vermirlər, söz vermişdilər gətirib pulu qaytaracaqlar. 2 aydır gətirmirlər, vurduqları ziyan ən az 3-4 min manat arasıdır. Sabunçuda yaşayırlar və hər ikisi də Gədəbəydəndir".

Vüqar polisə müraciət edərək "Azərbaycan polisindən xahiş edirəm bu iki dələduzla bağlı tədbir görsünlər" sözlərini əlavə edib.