» » Aktrisadan Azərbaycanın “Altın Kelebek”də iştirakına ETİRAZ

Aktrisadan Azərbaycanın “Altın Kelebek”də iştirakına ETİRAZ


Türkiyədə yaşayan azərbaycanlı aktrisa Aysel Nazim yeni paylaşımı ilə diqqət çəkib.

“Cebhe.info” xəbər verir ki, o, “Altın Kelebek”də azərbaycanlı məşhurların mükafatlandırılmasına təpki göstərib.

Aktrisa bu barədə “Facebook” hesabında türk dilində paylaşım edib:

“Niyə “Altın Kelebek”də Azərbaycan var? Türkiyədəki türklərin özləri belə, buna məəttəl qalıblar. Onlar da bunu mənasız hesab edirlər. Azərbaycanlı bloger, aktrisa və ya müğənni niyə bu mükafatı alır?

Üstəlik, hər kəs bunun pul ilə olduğunu deyir. Biri var Türkiyədəki layihən üçün bunu alasan, biri də var heç bir aidiyyətin olmaya.

Necə deyərlər, məscidin qapısı açıq olsa da, itə də bir həya lazımdır. Pulun var yaxşı, amma nə üçün bunu alıb özlərini biabır edirlər? Pul ilə rəzil olmaq bax budur”.

Elmir Mustafa