» » SON DƏQİQƏ! Ermənistanda əsir saxlanılan Hüseyn Axundova ömürlük həbs cəzası verildi

SON DƏQİQƏ! Ermənistanda əsir saxlanılan Hüseyn Axundova ömürlük Həbs Cəzası Verildi


Ermənistanda əsir saxlanılan Azərbaycan ordusunun hərbçisi Hüseyn Axundova ömürlük həbs cəzası verilib.

"STAR XƏBƏR" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

KİV Hüseyn Axundovun cəzasının artırıldığını bildirib: "Apellyasiya Cinayət Məhkəməsində hakim Qriqor Hovhannisyanın sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti təmin edilib, birinci instansiyanın hökmü qismən ləğv edilib və Axundov barəsində ömürlük həbs cəzası verilib".