» » Mətanət İsgəndərlinin oğlu baş verən qalmaqallı hadisədən danışdı

Mətanət İsgəndərlinin oğlu baş verən qalmaqallı hadisədən danışdı


Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim keçmiş həyat yoldaşı Canananın onun xanımının uşaqları evə buraxmaması ilə bağlı iddialarına cavab verib. 


Kərim "İncə səhər" proqramına müsahibəsində Canananı yalan danışmaqda ittiham edib. O bildirib ki, keçmiş xanımı gündəmə gəlmək üçün uşaqlardan istifadə edir:

"Yeni oğlum dünyaya gəlib, istəyirəm ki, onun digər 3 övladımla münasibətləri sıx olsun. Dörd uşaq, yoldaşım, ev, məktəb problemi, çatdıra bilmirəm. Uşaqlarımın anası isə özünü reklamla məşğuldur. Utanmır 14 yaşlı oğlunu çəkib videosunu yayır. Mənim yoxluğumdan istifadə edib, evdən çıxan kimi gəlib. Yoldaşım zəng etdi ki, gəlib qapıya, başlayıb açın. Hələ Tuncay məktəbdən gəlməmişdi. Əvvəl Mətanət İsgəndərlinin evində qalanda 1 saat əvvəldən zəng vururdun ki, uşaqlar hazırlaşsın gəlirəm. İndi nə oldu?".


Kərim iddia edib ki, yeni evə köçdüyü üçün Canana qəsdən belə edir:


"İndi yeni evə köçmüşəm deyə gözü götürmür. Xalama dedim ki, qapını açma, özüm qalxıram. Xalam da deyib ki, Tuncay, ananı yola sal, gəl. Mənim xanımım onu görmək məcburiyyətində deyil. Hansı qadın buna dözər. O, gözləyir ki, qapı açılsın, əlində kamera çəksin. Niyə mənim həyat yoldaşımı çəkib sosial şəbəkədə yaymalısan? Mən gələndə çıxıb getmişdi. Tuncaya əsəbiləşdim ki, yekə oğlansan qapını təpiklə vurmaq nədir? Belə mədəniyyət görmüsən? Uşaq anasına əsəbiləşib ki, məni çəkmə. Yaıandan deyir ki, Tuncayla əlbəyaxa olmuşuq".


Kərim məsələni Canananın ailəsinə çatdırdığını, amma onun heç kimə qulaq asmadığını söyləyib:


"Məcburam qadağa qoyum uşaqlarla ki, onunla görüşməsin. Nəslində heç kimlə münasibəti yoxdur. Qardaşına demişəm, amma münasibətləri yoxdur. Nəsillərinin ağasaqqalı var, dəfələrlə onlara demişəm. Necə ailəsi dağılanda öz ağsaqallarına məhəl qoymadı, indi də elə. O, öz bildiyini edir. And içirəm ki, onu övlad düşündürmür".