» » “Koroğlu” metrosunun qarşısında qətl - ÖZÜ POLİSƏ TƏSLİM OLDU

“Koroğlu” metrosunun qarşısında qətl - ÖZÜ POLİSƏ TƏSLİM OLDU


Bu gün Bakıda qətl törədilib.

Nizami Rayon Prokurorluğu xəbər verir ki, hadisə saat 11 radələrində “Koroğlu” metrostansiyasının qarşısındakı mağazalardan birində baş verib. 1991-ci il təvəllüdlü Nurlan Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun aralarında yaranmış mübahisə zamanı Nurlan Məmmədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Əhməd Hüseynov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.